Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan Ortaq Xalq Diplomatiyası”adlı seminar keçirilib. Seminarda məruzəçi qismində Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir çıxış edib.
Dr. Alptekin Cihangir İşbilir çıxışında son dövrdə siyasi müstəvidə Türkiyə və Azərbaycanın ortaq diplomatiyasının dünya siyasəti üçün nümunəyə çevrildiyini bildirib. Hər iki dövlətin uğurlu siyasətinin təməlində həmçinin xalq diplotiyasının, yəni hər iki xalqın bir-biri ilə qardaşlıq münasibətinin mövcudluğu, ortaq mədəniyyətin mövcudluğu və bu mədəniyyəti mənimsəməyin dayandığını qeyd edib. Dövlətlərin yaxınlığı millətlərin yaxınlığı və qarşılıqlı münasibətindən aslıdır deyə Dr. Alptekin Cihangir İşbilir vurğulayıb.
Daha sonra tədbir iştirakçılarının sualları natiq tərəfindən cavablandırılıb.
Sonda BİGA tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.








