Gəncliyə Yardım Fondunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Müasir Gəncliyin Şəxsiyyət Axtarışı” adlı seminar keçirilib. Seminarda məruzəçi qismində Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin təhsil koordinatoru, sosioloq Dr. Ali Can çıxış edib.
Dr. Ali Can müasir dövrdə gənclərin qarşılaşdığı problemlərdən və kritik təhdidlərdən bəhs edib. Gənclərlə bağlı problemlərin hər zaman aktual məsələ olduğunu bildirən natiq, gənclərin milli-mənəvi dəyərlərinə, tarixlərinə, mədəniyyətlərinə, milli kimliklərinə sahib çıxdıqları və bağlı qaldıqları halda problemlərin həllinin mümkün olduğunu qeyd edib. Müasir gənclik şəxsiyyət inşaasını öz genetik və milli kodu üzərində həyata keçirləlidir, deyə Dr. Ali Can əlavə edib.
Sonda iştirakçıların sualları cavablandırılıb və BİGA tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.









