Sosial Fəaliyyətlər Sosial Tədqiqatlar Mərkəzində “Türk Barometri” Beynəlxalq konfransı keçirilib

Sosial Tədqiqatlar Mərkəzində “Türk Barometri” Beynəlxalq konfransı keçirilib

24

“Türk Barometri 2024 – Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb.

Aprelin 19-da Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 – Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər Zalı”nda gerçəkləşən konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri millət vəkili Zahid Oruc, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, türk dövlətlərindən tədqiqat qrupunun üzvləri olan alimlər, təhsil ekspertləri, QHT və media təmsilçiləri iştirak edib.