Sosial Fəaliyyətlər YediHilal Dərnəyinin İdarə Heyəti GYF-ni Ziyarət Edib

YediHilal Dərnəyinin İdarə Heyəti GYF-ni Ziyarət Edib

9

Bu gün YediHilal Dərnəyinin sədri Samet Paçacı və idarə heyətinin nümayəndələri Suat Kır və Feyzullah Akyüz Gəncliyə Yardım Fondunu Ziyarət Edib. Ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüş keçirilib.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Samet Paçacı da öz növbəsində təşəkkürünü bildirib, Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib və bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.