Sosial Fəaliyyətlər Sürətli Oxuma Üzrə Türkiyə Çempionu BİGA Gəncləri İlə Görüşüb

Sürətli Oxuma Üzrə Türkiyə Çempionu BİGA Gəncləri İlə Görüşüb

9

Aprelin 26-da Gəncliyə Yardım Fondunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Oxuma Vərdişinin Şəxsiyyət və Düşüncə İnkişafına Təsiri” adlı seminar keçirilib. Seminarda məruzəçi qismində sürətli oxuma üzrə Türkiyə çempionu Cahit Şimşek çıxış edib.

Cahit Şimşek çıxışında oxumağın insan həyatına təsiri, şəxsiyyətin qurulmasındakı və formalaşmasında rolu, cəmiyyətdə mövqeyinin təyin edilməsində oxumağın təsiri haqqında bəhs edib. Seminar iştirakçılarına öz təcrübələrini bölüşən sürətli oxuma üzrə Türkiyə çempionu Cahit Şimşek daha sonra iştirakçıların sualları cavablandırılıb.

Sonda BİGA tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.