Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Acıbadem Okulları təhsil koordinatoru, psixoloq Yayha Furkan Konyalı Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyatər çərçivəsində Yahya Furkan bəy Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun fəaliyyətləri haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Acıbadem Okulları təhsil koordinatoru Yayha Furkan Konyalı da öz növbəsində Fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.

