Aprelin 26-da Gəncliyə Yardım Fondunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Təəssüflənməyən Gənclik” adlı seminar keçirilib. Seminarda Acıbadem Okulları təhsil koordinatoru, psixoloq Yayha Furkan Konyalı məruzəçi qismində çıxış edib.
Yayha Furkan Konyalı müasir dövrdə gənclərin üzləşdiyi problemlər və bu problemlərin həlli istiqamətində gənclərin öhtəsinə düşən vəzifələr haqqında çıxış edib.
Sonda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.





