Sosial Fəaliyyətlər GYF-də Əbədi Birliyin Təminatçısı: Ulu öndər Heydər Əliyev” Adlı Tədbir Keçirilib

GYF-də Əbədi Birliyin Təminatçısı: Ulu öndər Heydər Əliyev” Adlı Tədbir Keçirilib

12

Mayın 8-də Gəncliyə Yardım Fondunda Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Əbədi Birliyin Təminatçısı: Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini Musa Qasımlı, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə, Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Dr. Eldar Kərimov, qazi və müharibə iştirakçıları, QHT rəhbərləri və mətbuat nümayəndələri iştirak edib.

Tədbir torpaqlarımızın azadlığı və suverenliyi uğrunda əziz canlarından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşının səsləndirilməsi ilə tədbir açıq elan edilib.

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev tədbirin əhəmiyyətindən danışaraq, Heydər Əliyev irsinin yaşadılması və Türk birliyinin möhkəmləndirilməsi istiqamətində birliyin fəaliyyətini daha da gücləndirəcəyini bildirib. O, eyni zamanda, tədbirin təşkilinə dəstək verən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və qonaqlara təşəkkürünü bildirib.

Milli Məclisin sədr müavini Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, onun Azərbaycançılıq ideologiyasının formalaşmasında və Türk dünyası ilə əlaqələrin gücləndirilməsində oynadığı müstəsna roldan bəhs edib. O, bildirib ki, Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük lideri kimi tarixdə öz izini qoyub.

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə isə çıxışında gənclərin milli və mənəvi dəyərlərlə tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışıb.

Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Dr. Eldar Kərimov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında və qəlbində daim yaşayacağını qeyd edib.

Qazi və müharibə iştirakçılarının çıxışlarından sonra tədbir bəddi hissə ilə davam edib.