Sosial Fəaliyyətlər Türkiyənin Sabiq Ombudsmanı və Dəyanət İşləri Başqanının Müavini Gəncliyə Yardım Fondunu Ziyarət...

Türkiyənin Sabiq Ombudsmanı və Dəyanət İşləri Başqanının Müavini Gəncliyə Yardım Fondunu Ziyarət Edib

16

Türkiyə Cümhuriyyətinin sabiq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Prof. Dr. Şeref Malkoç, Türkiyə Dəyanət İşləri Başqanının müavini Doç. Dr. Selim Argun və Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət çərçivəsində qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb, Fondun fəaliyyəti ilə yaxından tanış olublar.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Qonaqlar da Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib və bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.

Görüşün sonunda Gəncliyə Yardım Fondu tərəfindən qonaqlara xatirə hədiyyəsi təqdim edilib.