Sosial Fəaliyyətlər Bakı İstedadlı Gənclər Akademiyasında Növbəti Seminar Keçirilib

Bakı İstedadlı Gənclər Akademiyasında Növbəti Seminar Keçirilib

14

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Xoşbəxtliyin Sirri” adlı seminar keçirilib. Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında baş tutan seminarda mühazirəçi qismində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi, yazıçı Dr. Adem Ergül çıxış edib.

Dr. Adem Ergül çıxışında xoşbəxtliyin insanın daxili aləmindən qaynaqlandığını, həqiq xoşbəxtliyə çatmaq üçün insan öz mənəvi dünyasını zənginləşdirməli olduğunu bildirib. Daha sonra Dr. Adem Ergül İpəkyolu nəşriyyatından çap edilən “Xoşbəxtliyin Sirri” kitabının imza mərasimi keçirilib.

Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən Dr. Adem Ergül xatirə hədiyyəsi təqdim edilib.