Sosial Fəaliyyətlər BİGA-da Silsilə Seminarlar Davam Edir

BİGA-da Silsilə Seminarlar Davam Edir

20

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə növbəti seminar keçirilib.

Seminarda Türkiyə Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet “Müasir dünyada gənc olmaq” və Ankara Sosial Elmlər Universitetinin müəllimi Prof. Dr. Emir Kaya “Gənclik, cinsəllik və hüquq” adlı məruzə ilə çıxış ediblər.

Prof. Dr. Saffet müasir dövrdə gənclərin öz mədəniyyətinə sahib çıxmağə, rol modelləri öz mədəniyyətindən seçməyin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə gənclər inkişaf üçün qabiliyyətlərin kəşf etməli, rol modellərinizi müəyyən etməli, özgüvənli olmalı, zəif və güclü tərəflərinin müəyyən etməli, sağlam bədənə sahib olmalıdırlar. Bu günün gəncliyinin ən böyük problemlərindən biri yanlızlıq olduğunu, deyən alim sosiallaşmanın olduqca vacib olduğunu bildirib.

Prof. Dr. Emir Kaya çıxışında modern hüquq və qanunlar yenidən gözdən keçirməli, gənclərin tələbləri nəzərə alınmalıdır.

Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən məruzəçilərə xatirə hədiyyələri təqdim edilib.