Sosial Fəaliyyətlər GYF-də “Dəyərlərimiz, Ailə və Gənclik” Adlı Panel Keçirilib

GYF-də “Dəyərlərimiz, Ailə və Gənclik” Adlı Panel Keçirilib

13

Gəncliyə Yardım Fondunda “Dəyərlərimiz, ailə və gənclik” adlı panel müzakirə proqramı keçirilib. Fondun təşkilatçılığı ilə keçirilən panelə ilahiyyatçı-yazar Dr. Rüfət Şirinov moderatorluq edib.

Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse, Ankara Sosial Elmlər Universitetinin müəllimi Prof. Dr. Emir Kaya, Marmara Universitetinin müəllimi Prof. Dr. Süleyman Derin milli dəyərlərimiz və mədəniyyətimiz prespektivindən ailə və gənclik mövzulu məruzələri ilə çıxış ediblər.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim mövzunun müasir dövr türk dünyası üçün aktual olduğunu, bu kimi məsələlərin daim gündəmə gətirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və məruzəçilərə təşəkkürünü bildirib.

Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim məruzəçilərə hədiyyələr təqdim edib.