Sosial Fəaliyyətlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə GYF Uşaqları Sevindirdi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə GYF Uşaqları Sevindirdi

15

Bu gün Tərəqqi İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə mərkəzin müavimləri ilə yanaşı valideyn himayəsindən məhrum edilmiş uşaqlar iştirak edib, əyləncəli və maarifləndirici oyunlar oynanılıb.

Eyni zamanda Gəncliyə Yardım Fondunda təşkil edilən Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Xeyirxah Əllər, Xoşbəxt Gələcəklər” adlı ənənəvi XXI əl işləri Xeyriyyə Sərgisi layihəsindən əldə olunan vəsait ehtiyac sahibi ailələrin uşaqlarına təqdim edilib.