Sosial Fəaliyyətlər BİGA-da “Müasir Gəncin Dünya Rəhbəri” Adlı Seminar Keçirilib

BİGA-da “Müasir Gəncin Dünya Rəhbəri” Adlı Seminar Keçirilib

12

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Müasir gəncin dünya rəhbəri” adlı seminar keçirilib. BİGA gəncləri ilə bu dəfə görüşdə “Genç” jurnalının baş redaktoru, yazıçı Süleyman Raqıp Yazıcılar çıxış edib.

Süleyman Raqıp Yazıcılar çıxışında gəncliyin böyük bir xəzinə olduğunu qeyd edib. Onun sözlərinə görə gələcək plan və karyera gənclik dövründən başlayır, ona görə də gənclər ən qiymətli zamanlarını doğru keçirməli, gələcəklərini düzgün istiqamətə fokuslamalıdırlar.

Sonda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən natiqə xatirə hədiyyəsi təqdim edilib.