Mayın 31-də “Genç” jurnalının baş redaktoru, yazıçı Süleyman Raqıp Yazıcılar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Dr. Şəmsəddin Kuzəçi Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir qonağa Fondun fəaliyyətləri haqqında geniş məlumat verilib. Sedat Demir qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
“Genç” jurnalının baş redaktoru, yazıçı Süleyman Raqıp Yazıcılar də öz növbəsində Fond rəhbərliyinə bu cür xeyriyyə fəaliyyətlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda Gəncliyə Yardım Fondu tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.

