İyunun 4-də Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin nümayəndə heyəti Ankara Yıldırım Beyazit Universitetinin müəllimi Prof. Dr. Yaşat Yiğit, Türkiyə Dəyanət Vəqfinin Müfettiş yardımcısı Yakup Balcı, Aksaray İl müftisi Veysel Işıldar, Keçiörən İlçə Müftiliyi Gülhanə xəstəxanasının imam xətibi Cemal Güneysu və Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir və idarə heyətinin nümayəndələri ilə görüşüblər.
Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir nümayəndə heyətinə Fondun humanitar yardım, təhsil və sosial fəaliyyətləri haqqında məlumat verib.
Türkiyə Dəyanət Vəqfinin nümayəndə heyəti də Fond rəhbərliyinə bu cür xeyriyyə fəaliyyətlərini yüksək qiymətləndiriblər və gələcək işlərində uğurlar arzulayıblar.
Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi təqdim edilib.

