İyunun 13-də Xəzər Universiteti Tarix və Arxeologiya departamenti, TİKA və Türkiyə Məzunu Akademisyenler ve İşadamları platformasının təşkilatçılığında 30 iyun 2025- ci il tarixində Arxiv Sənədləri İşığında Azərbaycanda Osmanlı əsirləri ve Nargin adlı beynəlxalq konfrans keçirilib. Xəzər Universitetində keçirilən konfransda Birinci dünya müharibəsi dönəmində Osmanlı əsirlərinin həyatı, Nargin adasının əsirlərin həyatındakı rolu, Azərbaycana gətirilən əsirlərin vəziyyəti, Azərbaycan türklərinin əsirlərə yardımları, əsirlərin adadan xilas edilməsində Azərbaycan xalqının göstərdiyi köməkliklər, dövrün aydın və siyasət adamlarının əsirlərlə bağlı yazıları təqdim edilib.


