Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü”nə həsr olunmuş “Oxu, düşün, dəyiş” adlı kitab oxuma düşərgəsi keçirilib. Əlli tələbənin işitrakı ilə keçirilən düşərgə 30 yanvar – 31 yanvar tarixlərində baş tutub. Gənclər oxu düşərgəsində müxtəlif kitablar oxuyub və mövzuları ətrafında müzakirə aparıblar.
Düşərgə üzvlərinə Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən sertifikatlar təqdim edilib.
















