Sosial Fəaliyyətlər Əməkdar Jurnalist Faiq Hüsiyev Gəncliyə Yardım Fondunun Qonağı Olub

Əməkdar Jurnalist Faiq Hüsiyev Gəncliyə Yardım Fondunun Qonağı Olub

22

Azərbaycan Televiziyasının Analitik Qurupunun rəhbəri, TV1 kanalının təsisçisi əməkdar jurnalist Faiq Hüsiyev Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaq Fondun rəhbərliyi ilə görüş keçirib, qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrlə yaxından tanış olub.

Görüş zamanı Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun əsas fəaliyyət istiqamətləri, gənclərin inkişafına yönəlmiş sosial, təhsil və mədəni layihələr barədə ətraflı məlumat verib. Salih bəy bildirib ki, Fond gənclərin maarifləndirilməsi, onların potensialının üzə çıxarılması və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və milli-mənəvi dəyərlərin təbliği sahəsində istiqamətində mühüm təşəbbüslər həyata keçirir.

Faiq Hüsiyev də öz növbəsində Fondun fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür təşəbbüslər gənclərin düzgün istiqamətləndirilməsi və onların sağlam düşüncəli vətəndaş kimi formalaşmasına ciddi təsir göstərir.

Görüş gələcək əməkdaşlıqlar və birgə layihələrin həyata keçirilməsinin müzakirəsi ilə davam edib.