Sosial Fəaliyyətlər Kaanlar Qida Şirkətinin Baş Direktoru Ahmet Kaan Gəncliyə Yardım Fondunun Qonağı olub

Kaanlar Qida Şirkətinin Baş Direktoru Ahmet Kaan Gəncliyə Yardım Fondunun Qonağı olub

11

Türkiyənin tanınmış şirkətlərindən biri olan Kaanlar Qida Şirkətinin Baş Direktoru Ahmet Kaan Fondun fəaliyyətini yaxından tanımaq məqsədilə qurumu ziyarət edib.

Ziyarət çərçivəsində keçirilən görüş zamanı Fondun rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılıb. Salih Zeki Meriç təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirilən sosial, təhsil və mədəni layihələr barədə ətraflı məlumat verərək bildirib ki, Fondun prioritet məqsədlərindən biri gənclərin potensialını üzə çıxarmaq, onların cəmiyyət həyatında aktiv iştirakını təmin etmək və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasına dəstək olmaqdır.

Ahmet Kaan isə çıxışında Fondun gördüyü işləri yüksək qiymətləndirərək bu cür təşəbbüslərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün belə layihələrin davamlı olması vacibdir.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə edərək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.