Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Karyera planlaması: bu gündən gələcəyə addım” mövzusunda seminar keçirilib.
Seminarda spiker qismində Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən İqlim Elmi-İstehsalat Müəssisəsinin Təşkilati İnkişaf şöbəsinin müdiri Samir Həmzəyev çıxış edib.
Samir Həmzəyev karyera planlamasının əhəmiyyəti, düzgün istiqamət seçimi və əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması mövzularına toxunub. O qeyd edib ki, tələbəlik dövrü gələcək peşəkar həyatın təməl mərhələsi olmaqla yanaşı, düzgün qərarların verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Spiker bildirib ki, xüsusilə tələbəlik dövründə karyera planlaşdırılmalı, ilkin iş təcrübəsinin əldə olunmalı, fərdi inkişaf istiqamətində addımlar atılmalı və şəxsi bacarıqların inkişaf etdirilməlidir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.














