Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri üzrə müşaviri İhsan Açık, əmək və sosial müdafiə üzrə müşaviri Mumammed Fatih Bilal Alodalı, kənd təsərrüfatı və meşəçilik sahələri üzrə müşaviri Yener Yıldırım və Diyanət Vəqfi liseyinin direktoru Kadir Bektaşoğlu Gəncliyə Yardım Fondunu ziyarət ediblər.
Ziyarət çərçivəsində qonaqlar Fondun rəhbərliyi ilə görüş keçirərək qurumun fəaliyyəti və son dövrlərdə həyata keçirdiyi layihələrlə yaxından tanış olublar.











