Sosial Fəaliyyətlər BİGA-da “Süni İntellekt Çağında Düşünmək” Mövzusunda Seminar Keçirilib

BİGA-da “Süni İntellekt Çağında Düşünmək” Mövzusunda Seminar Keçirilib

6

Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Süni intellekt çağında düşünmək” mövzusunda seminar keçirilib. ADA Universitetinin müəllimi, dosent Uğur Özdemir lektor qismində çıxış edib.

Seminarda dosent Uğur Özdemir süni intellektin yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə cəmiyyətə təsiri barədə geniş məlumat verib. O qeyd edib ki, süni intellekt texnologiyaları artıq yalnız texniki sahələrlə, sosial media və çatbotlarla məhdudlaşmır, eyni zamanda sosial elmlər, iqtisadiyyat, təhsil və digər sahələrdə də geniş tətbiq olunur.

Uğur bəy çıxışda süni intellektin sosial elmlərə təsiri, qərarvermə proseslərində rolu, məlumatların təhlili və idarə olunmasında yaratdığı imkanların prosesi sürətləndiriyini, bununla yanaşı üfüqü görülməyən bir yerə gedib çıxmasının mümkünlüyünü qeyd edib.