Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında “Elm və İrfan Məclisi”nin “Müasir dövrdə sağlam qidalanma” mövzulu müzakirəsi keçirlib. Bu dəfəki müzakirənin xususi qonağı fitoterapevt Dr. Fizuli Hüseynov olub.
Dr. Fizuli Hüseynov çıxış edərək sağlam qidalanmanın insan orqanizminin düzgün fəaliyyəti, immun sisteminin gücləndirilməsi və ümumi həyat keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, müasir dövrdə sürətli həyat tərzi və qeyri-sağlam qida vərdişləri bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu baxımdan düzgün qidalanma rejiminin formalaşdırılması, təbii və balanslı qida məhsullarına üstünlük verilməsi vacib amillər sırasındadır.
Görüş zamanı iştirakçılara gündəlik qidalanma qaydaları, zərərli qidaların təsiri, vitamin və mineralların orqanizm üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib, praktik tövsiyələr təqdim olunub.
Daha sonra mövzu ətrafında müzakirə aparılıb və suallar cavablandırılıb.














