Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzi idarə heyətinin sədri Ergün Ergin və rəhbərlik etdiyi heyət Gəncliyə Yardım Fondunun qonağı olub. Ziyarət çərçivəsində qonaqlar Fondun rəhbərliyi ilə görüşüblər.
Salih Zeki Meriç Fonun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən sosial, təhsil və mədəni layihələr barədə ətraflı məlumat verərək bildirib ki, Fondun prioritet məqsədlərindən biri gənclərin potensialını üzə çıxarmaq, onların cəmiyyət həyatında aktiv iştirakını təmin etmək və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasına dəstək olmaqdır.
Ergün Ergin bəy də Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.












