Mayın 4-də Türkiyə Gənclik Qeyri-Hökumət Təşkilatları Platformasının (TGSP) sədri Ali Haydar Ustaosmanoğlu və idarə heyətinin üzvləri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaqlar Fondun rəhbərliyi görüş keçirərək qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları ilə yaxından tanış olublar.
Görüş zamanı Salih Zeki Meriç Fondun əsas fəaliyyət istiqamətləri, gənclərin inkişafına yönəlmiş sosial, təhsil və mədəni layihələr, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verib. Bildirilib ki, Fond gənclərin hərtərəfli inkişafına dəstək göstərmək, onların ictimai fəallığını artırmaq və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək istiqamətində ardıcıl fəaliyyət göstərir.
Qonaqlar öz növbələrində Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu cür təşəbbüslər gənclər arasında əməkdaşlığın genişlənməsinə və təcrübə mübadiləsinin güclənməsinə imkan yaradır.
Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri çərçivəsində gənclər sahəsində əməkdaşlığın daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.













