Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün, səfirliyin əməkdaşları, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən qurumlarının nümayəndələri və Gəncliyə Yardım Fondunun rəhbərliyi Fəxri xiyabanı ziyarət ediblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.














