Türk Dünyası Parlamenterlər Vəqfinin sədri Dr. Abdullah Çalışkan və Yeni Dünya Vəqfinin sədri Mahmut Göksu Gəncliyə Yardım Fondunun qonağı olublar. Görüş çərçivəsində qonaqlar Fond rəhbərliyi ilə görüşüblər.
Salih Zeki Meriç qurumun fəaliyyət prioritetləri barədə məlumat verərək Fond tərəfindən həyata keçirilən maarifləndirmə proqramları, təhsil layihələri, humanitar təşəbbüslər və gənclərin ictimai fəallığının artırılmasına yönəlmiş fəaliyyətlərdən bəhs edib. O bildirib ki, Gəncliyə Yardım Fondu milli-mənəvi dəyərlərin qorunması və Türk dünyası arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən mühüm ictimai institutlardan biridir.
Qonaqlar Gəncliyə Yardım Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin ictimai həmrəyliyin formalaşmasına və gənclərin inkişafına mühüm töhfələr verdiyini bildiriblər.
Görüşdə tərəflər arasında gənclərlə iş, sosial məsuliyyət təşəbbüsləri və beynəlxalq əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.










