Yetim Vəqfinin təsisçisi və sabiq sədri Mehmet Gülsatar Gəncliyə Yardım Fondunu ziyarət edərək Fond rəhbərliyi, eyni zamanda fəaliyyətləri ilə yaxından tanış olub.
Görüş zamanı Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun fəaliyyətləri, həyata keçirilən sosial-humanitar layihələr və gənclərlə iş istiqamətində aparılan işlər barədə qonağa ətraflı məlumat verib. Qayğıya ehtiyacı olan uşaqların Fond tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Salih Zeki Meriç mütəmadi olaraq bu istiqamətləd layihələrin icra olunduğunu bildirib.
Mehmet Gülsatar Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirərək sosial təşəbbüslər və humanitar fəaliyyətlərin əhəmiyyətini vurğulayıb. Görüşdə gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr də aparılıb.












