Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Azərbaycan Yazıçılar Birliyini Ziyarət Edib

GYF Rəhbərliyi Azərbaycan Yazıçılar Birliyini Ziyarət Edib

4

Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç və İrfan Jurnalın baş redaktoru Əziz Sultan Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. Ziyarət çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü Səlim Babullaoğlu ilə görüş keçirilib.

Görüş zamanı tərəflər ölkədə gənclərin intellektual və mənəvi inkişafı, mütaliə mədəniyyətinin təşviqi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin ədəbiyyata marağının artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Salih Zeki bəy göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, Azərbaycan Yazıçılar Birliyinin gənclərin ədəbi-estetik dünyagörüşünün formalaşmasına və mütaliə ənənələrinin inkişafına mühüm töhfə verdiyinu qeyd edib.

Səmimi şəraitdə keçən görüşdə birgə həyata keçirilə biləcək layihələr, gənclərin tanınmış yazıçı və şairlərlə görüşlərinin təşkili, ədəbi müzakirələrin, kitab təqdimatlarının və maarifləndirici tədbirlərin keçirilməsi imkanları müzakirə olunub.