Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda İnformasiya Texnologiyaları İlə Bağlı Seminar Keçirilib

Gəncliyə Yardım Fondunda İnformasiya Texnologiyaları İlə Bağlı Seminar Keçirilib

5

Gəncliyə Yardım Fondu, Birkod Akademiyası, Bakı İstedadlı Gənclər Akademiyası və LightUp Training Platform-un birgə təşkilatçılığı ilə “IT nədir? Hansı sahələri var?” mövzusunda seminar keçirilib.

Tədbir 2 may tarixində Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans salonunda baş tutub. Tədbirdə müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr və gənclər iştirak ediblər.

Seminarın mühazirəçisi Birkod Academy təsisçisi, CompTIA A+ mütəxəssisi İbrahim Kərimli çıxış edərək informasiya texnologiyaları sahəsinin əsas istiqamətləri, bu sahədə mövcud olan karyera imkanları və müasir dövrdə IT sektorunun inkişaf perspektivləri barədə geniş məlumat verib. O qeyd edib ki, proqramlaşdırma sahələri, xüsusilə mobil və veb proqramlaşdırma, eləcə də Python kimi dillər gənclər üçün geniş imkanlar yaradır.

İştirakçılara IT sahəsinə yeni başlayanlar üçün ilkin addımlar, düzgün istiqamət seçimi və bu sahədə uğur qazanmaq üçün tələb olunan bacarıqlar barədə də tövsiyələr verilib.

Seminar çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.