Bakı İstedadlı Gənclər Akademiyasının üzvlərinin məzun günü proqramı təşkil olunub. Tədbirdə müxtəlif ali təhsil müəssisələrində təhsil alan və bu il universitetdən məzun olan 45 BİGA üzvü iştirak edib.
Mərasim zamanı iştirakçıların akademik fəaliyyəti, sosial təşəbbüslərdə iştirakı və Akademiyanın fəaliyyətinə verdikləri töhfələr qeyd olunub. Çıxışlarda gənclərin gələcək peşə fəaliyyətlərində uğurlar qazanacaqlarına inam ifadə edilib və onların cəmiyyətin inkişafında fəal rol oynayacaqları vurğulanıb.
Tədbir çərçivəsində məzunlara Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən sertifikatlar təqdim olunub.

























