Gəncliyə Yardım Fondunda “Elm və İrfan Məclisi”nin növbəti görüşü keçirilib. Görüşdə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti, İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri i.f.d. Ruslan Atakişiyev “Azərbaycanda İslam bankaçılığının istifadə mexanizmləri” mövzusunda çıxış edib.
Ekspert çıxışı zamanı İslam maliyyə sisteminin əsas prinsipləri, faizsiz maliyyə modeli və bu sahənin beynəlxalq təcrübədə tətbiq mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verib.
Ruslan Atakişiyev bildirib ki, İslam bankaçılığı bir sıra ölkələrdə alternativ maliyyə sistemi kimi geniş tətbiq olunur və iqtisadi münasibətlərdə etik prinsiplərə əsaslanan yanaşması ilə seçilir. O, Azərbaycanda da bu istiqamətdə müəyyən imkanların və perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.
Sonda mövzu ətranda müzakirə aparılıb.










