Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin ziyarət ediblər. Ziyarət çərçivəsində Agentliyinin Bakı nümayəndəliyinə yeni təyin olunmuş Mahmut Ağırman ilə görüş keçirilib.
Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən sosial, humanitar və təhsil layihələri, eləcə də Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslər barədə məlumat verib. Salih bəy GYF ilə TİKA arasında indiyədək həyata keçirilən uğurlu əməkdaşlıq layihələrini xüsusi vurğulayaraq bu tərəfdaşlığın gələcək dövrdə də yeni layihələrlə davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Mahmut Ağırman Gəncliyə Yardım Fondunun uzun illərdir həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirib. O, gənclərin inkişafına, maarifləndirilməsinə və sosial rifahına yönəlmiş layihələrin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.









