Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya ofisinin təşkilatçılığı ilə Azərbaycanda olan yazıçı-publisit, ailə dəyərlərinə həsr olunmuş maraqlı kitabların müəllifi Səma Maraşlı Gəncliyə Yardım Fondunda Azərbaycan oxucuları ilə görüşüb və bu yaxınlarda Azərbaycan dilinə tərcümə olunmuş “Məhəbbətə 40 Addım” adlı kitabının imza atma mərasimində iştirak etmişdir. Səma Maraşlı Gəncliyə Yardım Fondunun ənənəvi XII əl işləri Xeyriyyə Sərgisində təşkil edilən imza atma mərasimində, öz ürək sözlərini qonaqlarla paylaşaraq Azərbaycanda görülən xeyriyyə işlərinin və ailə dəyərlərinin əhəmiyyətindən danışdı və bütün təşkilatçılara və oxuculara öz təşəkkürünü bildirdi. İmza mərasimindən sonra tanınmış yazıcıya Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfində xatirə hədiyyələri təqdim edilmişdir.
Qeyd edək ki, yazıçı-publisit, ailə dəyərlərinə həsr olunmuş maraqlı kitabların müəllifi Səma Maraşlının Azərbaycanda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya ofisinin təşkilatçılığı “Həyat yoldaşlığı sənəti” mövzusunda konfransı təşkil edilmişdir. Həyata keçirilən layihə çərçivəsində ailədaxili münasibətlərin tənzimlənməsi, problemlərin müzakirə edilərək çözülməzi, böyüməkdə olan nəslin milli və dini dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunması, ən əsası isə – cəmiyyətimizdə boşanma hallarının azalması məqsədilə ailələrlə bu istiqamətdə işin aparılmasını nəzərdə tutulmuşdur. Evlilik ərəfəsində olan gənclərlə ailə dəyərlərimizə hörmətin, yaşlı nəsillə gənclər arasında qarşılıqlı dözümlülüyün aşılanması, eləcə də “saglam ailə – saglam gələcək” və “möhkəm ailə – möhkəm dövlət” prinsipləri əsasında davamlı fəaliyyət planlaşdırılmışdır.