Sosial Fəaliyyətlər Tarixi Vətəndən Sürgünün Anım Mərasimi Keçirildi…‎

Tarixi Vətəndən Sürgünün Anım Mərasimi Keçirildi…‎

16

5 noyabr 2016-cı il tarixində Gəncliyə Yardım Fondunda Axısxalı Türklərin iştirakı ilə tarixi vətəndən sürgünün 72-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Keçirilən mərasimdə 14 noyabr 1944-cü ildə Axısxa Türklərinin tarixi vətənləri olan Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindən Orta Asiya çöllərinə sürgün edilməsinin 72-ci ildönümü qeyd olunub.

Tədbiri giriş sözü ilə açan Axısxa türkləri “Vətən” İctimai Birliyinin Sədri İbrahim Məmmədov Axısxa türklərinin sürgün həyatından, onların keçdiyi keçməkeşli yollardan və çətinliklərdən danışdı. Bu haqda geniş məlumat verən İbrahim Məmmədov tezliklə öz ata yurdlarına qayıtmalarını Uca Yaradandan təmənni etdi.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Axısxa türklərinin yaşadığı tarixi həqiqətlərdən bəhs edərək bir insanın həyatında vətənin və vətən sevgisinin əhəmiyyətindən danışdı. Natiq eyni zamanda tarix boyu vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhlarını rəhmətlə yad etdi və şəhid ailələrinə dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirib.

Tədbirdə eyni zamnda  Azərbaycan Respublikası Dövlət və Hökumət nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin, TİKA Bakı Koordinasiya Ofisinin, Yunus Əmrə İnstitutunun, TRT və Anadolu Agentliyi Bakı təmsilciliklərinin nümayəndələri iştirak edib.

Xatırladaq ki, anım mərasimi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Axısxa Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Gəncliyə Yardım Fondu ilə birgə təşkil edib.