Gəncliyə Yardım Fondunun nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimovun ailələsini yaşadıqları ünvanda ziyarət edib.
Ziyarət əsnasında Gəcliyə Yardım Fondunun şəhidlər üçün hazırladığı xatirə hədiyyələri atasına təqdim edilib.
Fond nümayəndələri Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ilə söhbətləşib, ailənin hazırki vəziyyəti ilə yaxından tanış olublar. Ağakərim İbrahimov 44 günlük Vətən Müharibəsində qələbəyə və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğlu Mübariz İbrahimovun qisasının alındığına görə məğrur Azərbaycan əsgəri və xüsusi ilə Ali Baş Komandan Cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Gəncliyə Yardım Fondunun təşəbbüsü və dəstəyi ilə yaxın günlərdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatına həsr edilmiş kitab hazırlanaraq gənc oxuculara təqdim ediləcəkdir.
Məlum olduğu kimi Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.
Eyni zamanda Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.
Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.