Sosial Fəaliyyətlər GYF-də 15 İyul Şəhidləri Anılıb

GYF-də 15 İyul Şəhidləri Anılıb

5
Photographer RM

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 15 İyul 2016-cı il tarixində qardaş Türkiyədə dövlət çevrilişinə cəhd hadisələri zamanı milli iradə və vətən uğrunda canlarını fəda edən şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsinin iştirakçıları olan müxtəlif universitetlərin tələbələri və Gəncliyə Yardım Fondunun əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 15 iyul tarixində baş verən hadisələrin Türkiyə dövləti və türk xalqı üçün xüsusi əhəmiyyəti haqqında danışıb. Demək olar ki, bütün sahələrdə hər gün daha da inkişaf etməkdə olan Türkiyə dövlətinin və türk xalqının gücünü azlatmaq və müqavimətini qırmaq üçün mənfur planlar qurulduğunu, məhz bunun 15 iyul tarixində öz əksini tapdığını qeyd edib.

Əhməd Tecim  türk xalqının birliyi, bərabərliyi və demokratik azadlığı uğrunda canlarından keçməyə hazır olan vətən fədailərinin Türkiyə dövlətin, o cümlədən cənab Rəcəb Tayyip Ərdoğanın ətrafında sıx birləşməsi və  vətənlərini qorumasının bütün planları pozduğunu, türk xalqının birliyi və bərabərliyi gələcəkdə baş verə biləcək mənfur planların da dəf ediləcəyini vurğulayıb.

Natiq sonda “Aprel”, “15 iyul” və “Vətən mübaribəsi” şəhidlərini rəhmətlə anıb və qazilərinə Allahdan şəfa diləyib.