Türkiyə Maarif Vəqfinin Azərbaycandakı sabiq nümayəndəsi Selçuk Baş və Türkiyə Maarif Vəqfinin Azərbaycana təyin olunmuş yeni nümayəndəsi İbrahim Balı Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Türkiyə Maarif Vəqfinin nümayəndələri fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda Azərbaycanda fəaaliyyət müddəti bitmiş Selçuk Başa fond rəhbərliyi tərəfindən xatirə hədiyyəsi təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Daha sonra qonaqlarla xatirə fotoları çəkilib.