Sosial Fəaliyyətlər GYF Ehtiyac Sahibi Ailələri Sevindirdi

GYF Ehtiyac Sahibi Ailələri Sevindirdi

14

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Abşeron rayonu Aşağı Güzdək Qəsəbəsində yaşayan 66 yaşlı şəkər xəstəsi Canməmməd Hüseyinovu və Salyan rayonu Yenikənd kəndində yaşayan 16 yaşlı şəkər xəstəsi Ələkbər Məhəmmədovu yaşadığı ünvanlarında ziyarət ediblər.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələrə müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Hər iki ailənin ‎dediyinə görə fond tərəfindən onlara təqdim edilən əlil arabaları onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də  öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.