Sosial Fəaliyyətlər GYF-də “Kamil İnsan Modeli” adlı Seminar Keçirilib

GYF-də “Kamil İnsan Modeli” adlı Seminar Keçirilib

48

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Kamil İnsan Modeli” adlı seminarı keçirilib.

Gəncliyə Yardım Fondunun Təhsil Şövbəsinin nümayəndəsi Rüfət Şirinov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb. O, tədbir iştirakçılarına qonaqlar haqqında məlumat verərək çıxış üçün sözü Dr. Alican Tatlıya verib.

O, çıxışında Kamil İnsan Modelinin necəliyindən və şərtlərindən danışıb. Qloballaşan dünyada kamil insan modelinə daha çox ehtiyac olduğunu qeyd edib. Eyni zamanda dünyada baş verən zülmlərin və haqsızlıqların da insanın mənəvi kimliyindən uzaqlaşmasının nəticəsi olduğunu bildirib. Əcdadımızın bütün bəşəriyyətə qarşı humanist davranışlarından gənclərə nümunələr gətirən qonaq onlara öz kimliklərindən uzaqlaşmamağı tövsiyə edib.

Daha sonra çıxış edən Hüdayi Vəqfinin Xarici işlər üzrə Təhsil Koordinatoru Şuayip Başhan bu gün dünyada istər cinsi, istər irqi istərsə də ailə fərtləri arasındakı münasibətləri sui-istifadə edən yanlış düşüncə tərzindən danışıb. O qeyd edib ki, bu məsələdə ən böyük zərbəni ailə dəyərləri və gələcəyimiz olan gəncliyimiz alır.  

Sonda çıxış edən Gəncliyə Yardım Fondunun Prezdenti Ahmet Tecim öz növbəsibndə həm qonaqlara, həm də tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.