GYF-də “Türk Dünyası Gəncləri- Nizami Gəncəvi Dühası” Kitabının Təqdimat Mərasimi Keçirilib
3 dekabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfras zalında Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsi çərçivəsində çap olunmuş “Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası” kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, QHT rəhbər və nümayəndələri, ictimayyət nümayəndələri, yazıçı və şairlər, KİV təmsilçələri və.s qonaqlar iştirak edib.
Azərbaycan və qardaş ölkə Türkiyənin himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib. İntiqam Yaşar iştirakçılara kitab haqqında məlumat verib. O, Nizami irsini Türk dövlətlərinin ortaq dəyəri adlandırıb və qeyd edib ki, sözügedən layihə çərçivəsində qardaş ölkə gəncliyinin nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub. Tədbirdə iştirak edən Millət vəkili Cavanşir Feyziyev Nizami Gəncəvi haqqında nəşr olunan haqqında danışdığımız kitabın Türk dövlətləri gəncliyini bir-birinə yaxınlaşdırmaq məqsədini yüksək qiymətləndirib. Cavanşir Feyziyevin sözlərinə görə Nizami Gəncəvi təkcə şair deyil həm də Azərbaycan xalqının milli-mədəni varlığının təsviridir. N. Gəncəvi dünya ədəbiyyat tarixinin konteksti çərçivəsində mirasdır. Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı isə Nizami Gəncəvini özündən əvvəlki və sonrakı ədəbiyyatı şəkilləndirən qala bürcü adlandırdıb.Həmçinin N. Gəncəvi irsinə uzun illər boyunca arzuolunmaz qonşular tərəfindən necə göz dikildiyini, necə özününküləşdirməyə cəhd edilməsindən danışıb. O vurğulayıb ki, belə bir dövrdə Nizami irsinə yenidən qayıtmaq məqsədi olduqca zəruri idi. Daha sonra kitabda məqalələri çap edilən tədqiqatçı və yazıçılar məruzələrilə çıxış ediblər. Tədbirin sonunda kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslər ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən diplomla mükafatlandırılıblar.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu da tədbirin keçirilməsində yaxından göstərdiyi dəstəyə görə dilplomla təlif edilib.