Bakıda Türkiyə səfirliyinin qarşısında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, tələbə və idmançıların iştiraki ilə qardaş ölkədə baş vermiş zəlzələdə zərər çəkənlərə dəstək aksiyası keçirlib. Akisayada Azərbaycanın hər zaman Türkiyənin yanında olduğu bildirilib, “Bir Millət, İki Dövlət” şüarları səslənib.
Qeyd edək ki, Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək üçün MÜSİAD Azərbaycan, Gəncliyə Yardım Fondu, ATİB, TUİB, Azərbaycan Sahibkarlar Konfederasiyası, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə “Qardaş Köməyi” Platforması yaradılıb. Platforma üzvləri zəlzələdən zərərçəkən insanlara pul dəstəyi göstərmək istəyən insanlara “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasına qoşulmağa çağırıb.