Türkiyə Maarif Vəqfinin sədr müavini Ahmet Bilgili və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri ilə görüşüb.
Fondun icraçı katibi Sedat Demir Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Türkiyə Maarif Vəqfinin sədr müavini Ahmet Bilgili Fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.