Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü”nə həsr olunmuş “Kitab İşığın Olsun” adlı kitab oxuma düşərgəsi həyata keçirilib. Altmış tələbənin işitrakı ilə keçirilən düşərgə 31 yanvar – 1 fevral tarixlərində baş tutub. Gənclər oxu düşərgəsində 50 adda kitab oxuyub və mövzuları ətrafında müzakirə aparıb.
Kitab oxuma düşərgəsində iştirak edən tələbələrə Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən sertifikatlar təqdim edilib.