İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd- yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.
Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 2003-cü il təvəllüdlü Oruczadə Nurlan Namiq oğlunun əlil arbasına olan ehtiyacını qarşılamışdır. Anadangəlmə I qrup əlil olan Nurlan ailədəki 4 uşaqdan biridir.
Onun da öz bacı və qardaşları ilə birlikdə daha rahat oynaması və hərəkətinin yaxşılaşdırılması üçün lazım olan əlil arabası Fond tərəfindən hədiyyə edildi. Ailəsinin maddi vəziyyətinin pis olması səbəbilə ala bilmədiyi əlil arabasının Gəncliyə Yardım Fondu tərəfindən ona hədiyyə edilməsi onun üçün böyük bir sevinc qaynağına çevrilmişdir.
Əlil arabası Fondun əməkdaşları tərfindən bir başa Nurlanın yaşadığı mənzilə çatdırılmış və şəxsən özünə təqim edilmişdir.