Uncategorized Gəncliyə Yardım Fondunun Rəhbərliyi Türkiyə-Azərbaycan Universitetini Ziyarət Edib

Gəncliyə Yardım Fondunun Rəhbərliyi Türkiyə-Azərbaycan Universitetini Ziyarət Edib

5

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Türkiyə-Azərbaycan Universitetini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi Universitetin prorektoru professor Mehmet Şimşir ilə görüşüb.

Görüşdə yeni tədris ilinin başlanması, hər iki qardaş ölkə arasındakı təhsil fəaliyyətlərinin inkişaf etdirilməsinə dair prioritet istiqamətlər və s. kimi mövzular müzakirə edilib.

Sonda Gəncliyə Yardım Fondu tərəfindən professor Mehmet Şimşir bəyə xatirə hədiyyəsi təqdim olunub.

Xatırladaq ki, 2024-cü il fevralın 19-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” imzalanmışdır.  Türkiyə-Azərbaycan Universiteti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlamışdır.