Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaş ilə görüş keçirilib
Aprelin 27-də Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərdən, dini məsələlərdən danışılıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb. Şeyxülislam Azərbaycanda...
Azərbaycanlı Gənclər Çanaqqalaya Yola Düşdü
Hər il Çanaqqala döyüşündə həlak olan gənc əsgərlərin xatirəsi yad edilir. Simvolik olaraq azyaşlı məktəblilər və gənclər Çanaqqalaya göndərilir. Bu il 100 illiyi qeyd edilən bu mərasimə qatılmaq üçün Azərbaycandan da 400 gənc Türkiyəyə yola düşüb. İştirakçılar Şəhidlər Xyabanını və Türk Şəhidliyini ziyarət edərək, buradan torpaq götürüb özləri ilə Çanaqqalaya aparıblar. Gəncliyə Yardım Fondu və Türk İş adamları Koordinasiya Agentliyinin (TİKA)...
Çanaqqala şəhidləri anıldı
18.04.2015-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və Türkiyə şəhidlərini anma tədbiri keçirilib. “Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda sərgi-tədbir TİKA Bakı koordinatorluğu, Gəncliyə Yardım Fondu və Azərbaycan Milli QHT Formunun birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Əməkdar artist Ağalar Bayramovun idarə etdiyi mərasimdə əvvəlcə şəhidlərin xatirəsi...
“Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirildi
17.04.2015-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında T.C. Bakı Böyükelçiliyi Din xidmətləri müşavirliyinin təşkilatçılığı ilə Hz. Məhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Hz. Peyğəmbər və Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı ilə açıq elan edilmiş və Qurani-Kərimdən ayələr oxunmuşdur. Daha sonra Hz. Peyğəmbərimizin nümunəvi həyatında sevgi, hörmət və mərhəmətə...
İRFAN jurnalı 100-cü sayını qeyd etdi
2005-ci ildən nəşr olunan “İrfan” ictimai fikir jurnalı aprel ayının 4-də 100-cü sayının çıxması münasibəti ilə tədbir təşkil etdi. Gəncliyə Yardım Fondunun konfrans salonunda qeyd olunan yubiley mərasimində Türkiyənin Azərbaycan Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Türkiyənin Azərbaycandakı sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və yeni müşavir Kamil Güneş, Bakı Dövlət Universitetinin və Bakı İslam Universitetinin müəllimləri, bir sıra tanınmış...
“İstedadlı Gənclərimiz” Gürcüstanda oldu
Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun dəstəyi ilə bir qrup istedadlı gənc Gürcüstanda oldu. Bayram tətilinə təsadüf edən gəzinti zamanı Tiflis, Rustavi, Qardabani və Marneuli şəhərlərinə baş çəkildi. Tələbələr Gürcüstanın tarixi, mədəni və iqtisadi mərkəzi olan Tiflisin rəmzi sayılan Kür çayının sahillərini, 150 illik tarixi olan Tiflis cümə məscidini və ona yaxın yerləşən ümummilli lider Heydər Əliyevin adına olan parkı, tarixi...
Tanınmış Yazıçı Səma Maraşlı GYF-də Oxucularla Görüşdü
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya ofisinin təşkilatçılığı ilə Azərbaycanda olan yazıçı-publisit, ailə dəyərlərinə həsr olunmuş maraqlı kitabların müəllifi Səma Maraşlı Gəncliyə Yardım Fondunda Azərbaycan oxucuları ilə görüşüb və bu yaxınlarda Azərbaycan dilinə tərcümə olunmuş “Məhəbbətə 40 Addım” adlı kitabının imza atma mərasimində iştirak etmişdir. Səma Maraşlı Gəncliyə Yardım Fondunun ənənəvi XII əl işləri Xeyriyyə Sərgisində...
“Ümidsizlərin Ümidi Ol”maq üçün Hər Kəs Bir Araya Gəldi
Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XII əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib. Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri...
“Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XII əl işləri Xeyriyyə Sərgisi”
Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk...
“Müharibə uşaqların gözü ilə”
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-ci ildönümünə həsr edilmiş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilib.. Tədbirin məqsədi 26 fevral-Xocalı Soyqırımınm XXIII ildönümünün yad edilməsi,...














