GYF Rəhbərliyi Türkiyə Cümhuriyyətinin Yeni Təyin Olunmuş Din Hizmətləri Müşavirini Ziyarət Edib
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni təyin edilmiş Din Hizmətləri müşaviri İhsan Açık bəyi ziyarət ediblər. Ahmet Tecim ziyarət əsnasında Fondun fəaliyyətləri, görülən işlər, gələcəklər həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib və İhsan bəyə Azərbaycandakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən İhsan Açık Ahmet Tecim...
GYF-nin Əməkdaşları “Çanaqqala Zəfərindən Qarabağ Zəfərinə” Adlı Tədbirdə İştirak Ediblər
Gəncliyə Yardım Fondunun əməkdaşları Azərbaycan Maarif Məktəbləri və Gənc MÜSİAD Azərbaycan tərəfindən təşkil olunmuş "Çanaqqala Zəfərindən Qarabağ Zəfərinə" adlı tədbir iştirak ediblər. Tədbirdə ilk olaraq vətən uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Tədbiri giriş nitqi ilə Gənc MÜSİAD Azərbaycanın sədri Sərxan Sultanlı açıq elan etdikdən sonra, Çanaqqala savaşı ilə...
GYF-də Çanaqqala Zəfəri Adlı Seminar Keçirilib
Martın 16-da Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H.Z. Tağıyev adına konfrans zalında Bakı Anadolu liseyinin müəllimi Abdullah Yılmazın təqdimatında “Çanaqqala Zəfəri” adlı seminar keçirilib. Adbullah bəy, seminarda Çanaqqala zəfərinin coğrafi və siyasasi əhəmiyyətindən, Türkiyənin var olma mübarizəsindəki yerindən bəhs edib. O qeyd edib ki, Çanaqqala zəfərinin səbəbkarları odlu silahlardan, döyüş texnikalarından, hərbi...
Beynəlxalq Konfransın İştirakçıları GYF-nin Qonağı Olub
3 Mart 2023 tarixində QMİ-nin Dərbənddəki nümayəndələri Şahabuddin Kərimov və Arif Seyidov Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında hər iki qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı...
“Çay Mədəniyyəti Qonaqpərvərliyimizin Rəmzidir” Mövzusunda Konfrans Keçirilib
Martın 15-də “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin akt zalında “Çay mədəniyyəti qonaqpərvərliyimizin rəmzidir” mövzusunda konfrans keçirildi. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi və vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Konfransda çay bitkisinin Azərbaycana gətirilməsi və becərilməsi tarixinə, çayın hazırlanması və ondan istifadə, süfrə...
GYF-də Azərbaycan və Türkiyə Xanımlarının XIX Əl İşləri Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirildi
Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Gəncliyə Yardım Fondunun Qardaş Köməyi Platforması ilə birgə həyata keçirdiyi “Qardaşın acılarına qardaş olaq” layihəsi çərçivəsində “XIX Əl İşləri Xeyriyyə Sərgisi”nin açılış mərasimi keçirilib. Açılış mərasimində əvvəlcə zəlzələdə həyatını itirən türkiyəli soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının istiqlal marşı səsləndirilib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet...
Gənc MUSİAD Azərbayacan Rəhbərliyi BİGA Üzvləri ilə Görüşüb
Bu gün Gənc MUSİAD Azərbayacan sədri Sərxan Qocayev və idarə heyyətinin üzvləri Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İatedadlı Gənclər Akademiyasının üzvləri ilə arasında görüş keçirilib. Görüş əsnasında əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov Akademiya haqqında və bugünədək görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. BİGA və Gənc MUSİAD Azərbaycanın gələcəkdə görüləcək işlərlə bağlı müzakirə aparılıb. Daha sonra Gənc MUSİAD...
BİGA-da Vətən Müharibəsi Sonrası Regionda Hərbi-Siyasi Vəziyyət Adlı Seminar Keçirilib
Bu gün Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov tərəfindən “Vətən müharibəsi sonrası regionda hərbi-siyasi vəziyyət” adlı seminar keçirilib. BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Daha sonra politoloq İlyas Hüseynov “Vətən mübaribəsi”nin...
GYF-nin İdarə Heyəti Azərbaycan Beynəlxalq Maarif Məktəblərini Ziyarət Edib
Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim və Fondun idarə heyətinin üzvləri Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət edib. Ziyarət əsnasında məktəbin fəaliyyəti və təhsil imkanları ilə yaxından tanış olublar. Qeyd edək ki, Fondun prezidenti Ahmet Tecim öz növbəsində Türkiyə Maarif Fondunun Azərbaycan təmsilcisi Dr. Serdar Gündoğanı yeni iş təyinatı münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Türkiyədə Baş Verən Zəlzələdə Həyatını İtirmiş İnsanların Xatirəsi Bakıda Yad Edilib
Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında “Qardaş Köməyi” platforması tərəfindən təşkil edilən Bəraət qəndili münasibətilə Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş soydaşlarımızın əziz xatirəsinə həsr edilmiş xətm proqramı təşkil edilib və ehsan süfrəsi açılıb. Proqramda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı başda olmaqla, millət vəkilləri, dövlət və hökumət nümayəndələri, QHT sədrləri və KİV...