Gəncliyə Yardım Fondunda “Natiqlik Və Uğur” Təlimi Keçirilib

Gəncliyə Yardım Fondunda Light Up Traning Platformunun təşkilatçılğı ilə “Natiqlik və Uğur” adlı təlim keçirilib. “Karnegi Klub Treninq Mərkəzi”nin rəhbəri peşəkar təlimçi Nəcəf Allahverdiyev natiqlik sənətinin incə məqamları və uğur qazanmağın yolları mövzusunda gənclərlə öz tövsiyyələrini bölüşüb və onların sullarını cavablandırıb. Təlimin sonunda Light Up Traning Platformu tərəfindən Nəcəf bəyə xatirə hədiyyəsi tədqim edilib.

“Türk Dünyasında Mədəniyyət Və Kommunikasiya” Adlı Panel Müzakirə Keçirilib

Gəncliyə Yardım Fondunun Bakı təhsil koordinatoru Dr. Rüfət Şirinov və təhsil şöbəsinin əməkdaşı Şahalı Cəlilov III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumu çərçivəsində keçirilən “Türk Dünyasında Mədəniyyət və Kommunikasiya” adlı panel müzakirədə iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin moderatoru olduğu panel müzakirədə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi general-mayor Yücel...

NAYORA-da Narkotiklə Mübarizə Mövzusunda Görüş Keçirilib

Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində narkotiklə mübarizədə yaxından çalışan qurumların nümayəndələrinin gənclər təşkilatları və fəal gəncləri ilə keçirilən görüşdə iştirak edib. Səhiyyə Nazirliyindən, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsindən, Dövlət Komissiyasından və Gənclər Fondundan olan nümayəndələrin ekspert qismində çıxış etdiyi görüşdə gənclər təşkilatlarının narkotiklə mübarizədə fəaliyyəti müzakirə olunub, bu istiqamətdə keçirilən...

Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib

Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə25 Oktyabr 1993-cü ildə I Qarabağ müharibəsində Zəngilanın müdafiəsi zamanı mənfur düşmənlərə qarşı döyüşdə şəhid olan Daxili İşlər Nazirliyinin 7 polis əməkdaşının 30-cu anım günün keçirilib. Tədbirdə 7 polis şəhid İsmayılov İsmayıl Barat oğlu, Bəşirov Fazil Arif oğlu, Quliyev...

GYF-də “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” Adlı Tədbir Keçirilib

21 oktyabr 2023-cü il tarixində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev konfrans zalında “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” adlı tədbir keçirilib. Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov salamlama nitqi ilə tədbiri açıq elan edib və layihə haqqında...

BİGA-da “Qarabağ Zəfəri” Adlı Seminar Keçirilib

Oktyabrın 21-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Türkiyənin keçmiş hərbi ateşesi General Mayor Yücel Karauz tərəfindən “Qarabağ Zəfəri” adlı seminar keçirilib. İlk olaraq BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağa akademiyanın məqsədi və  fəaliyyəti barədə məlumat verib. Daha sonra Yücel Karauz “Qarabağ zəfəri”nin əhəmiyyəti və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin regionun isqitsadi, siyasi və sosial...

GYF-də Müxtəlif Universitetlərdə Təhsil Alan Tələbələrlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə yeni tədris ilində universitetə qəbul olan tələbələr, müəllimlər və təhsil koordinatorları iştirak edib. Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir yeni dərs ilinə başlayan tələbələrlə öz təcrübələrini bölüşüb və tövsiyyələrini bildirib. Həyatlarının ən vacib mərhələlərindən birinə qədəm qoyduqlarını deyən Sedat Demir, gənclərə...

GYF Rəhbərliyi “Türk Dünyasının Birliyində Heydər Əliyev Amili” Adlı Beynəlxalq Konfransda İştirak Edib

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən "Türk dünyasının birliyində Heydər Əliyev amili" adlı beynəlxalq konfransda iştirak edib. Türk dövlətlərinin Bakıdakı səfirliklərinin, o cümlədən Türk dünyası ilə bağlı Bakıda nümayəndəlikləri olan beynəlxalq qurumların təmsilçilərinin, millət vəkillərinin, QHT sektorunun və ictimaiyyət nümayəndələrinin,...

Türkiyə Məzunları Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla Görüşüb

16 oktyabr 2023-cü il tarixində Gəncliyə Yardım Fondunun Bakı təhsil koordinatoru Dr. Rüfət Şirinov Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Türkiyənin müxtəlif universitetlərinin məzunları ilə görüşündə iştirak edib. Görüşdə cənab Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətində təhsil prespektivləri və dövlətin bu istiqamətdə atdığı addımlardan bəhs edib. Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan Respublikası arasındakı əlaqələri müsbət dəyərləndirib və gələcək fəaliyyətlərin...

GYF Rəhbərliyi “500 illik Diplomatiya: Keçmişdən Bu Günə Türkiyə Xarici İşlər Təşkilatı” Adlı Paneldə İştirak Edib

Bu gün Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyə Respublikasının Bakıdakı səfirliyinin təşkilatçılığı ilə AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının təməlinin qoyulmasının 500-cü ildönümü münasibəti ilə keçirilən  “500 illik Diplomatiya: Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı” mövzusunda foto sərgi və paneldə iştirak edib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Akademik...